Ana səhifə Kult |
İndi isə Avropanın özünə gələn və Avropadan da bizim tərəflərə adlayan koronavirus təhdidi və ondan müdafiə tədbirləri haqqında...
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın bu bəla ilə apardığı mübarizəni bəyənir və bu təhlükəyə göstərdiyi savadlı, mütəşəkkil müqaviməti ən yaxşı nümunələr sırasında qeyd edir. Bir neçə gün əvvəl Operativ Qərargah xüsusi məlumatla çıxış etdi. Artıq 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri həyata keçirilir.
Bu müddəanın sadə dilə tərcüməsi belədir ki, gedib dükanlardan bütün un və taxıl ehtiyatlarını almayaq, 100 min ədəd şam, 20 min baş sarımsaq, nə bilim, iki ton meyvə qurusu, 250 kilo buzlaşdırılmış balıq, 50 cüt, 100 cüt 68 ölçülü ayaqqabı, bir çörək yerinə 15 çörək alıb, çürüdüb, xarab edib, itə yem etməyək. Narahat olmayaq.
Əvvəla, ərzaqla heç bir problem yoxdur. İkincisi də toylar da yoxdur, şadlıq zalları bağlanıb. Deməli, ərzağın, xüsusilə ət-yağ kimi məhsulların əsas alıcıları da ortadan çıxıb. 10 illik Qiyamət tədaürkü görməyək. Nuh babamızın gəmisinə “Morvağzal”da, “morq vağzal”da bilet axtarmayaq. Dünyanın axırı barədə faks gəlməyib. Bir az özümüzü düşük kimi aparmayaq. Ayıbdı e...
Dövlət həmişə yanımızda olub. Yenə də yanımızdadır. Biz də onun yanında olaq. Bir-birimizə kömək edək - yaşlıya, imkansıza. Bəs ildə Ramazan təlimi keçirdik? Nə oldu? Bu çətinlikdən elə çıxaq ki, sabah fərd olaraq bir-birimizin, xalq olaraq isə dövlətimizin gözünün içinə dik baxa bilək. Olan-qalan manatımızı aparıb dollara çevirməyək.
Mən o fikirlə də razı deyiləm ki, bu saat hamını sakitləşdirmək üçün “Narahat olmayın, dollarımız çoxdu, hamıya çatar” və s. deyək. Tələsməyin, gedin, rahat dollar alın. Darıxmayın, səbir edin, hamınıza dollar çatacaq. Bu, belədir əlbəttə! Amma bu lazımdırmı? Axı niyə dəyişməlisiz ki?! Bir az sonra onu yenidən manata dəyişib dükana getməyəcəyik? Nə qırdı-qaçdılıqdı bu? Qaçqın olmaqdan yorulmadıq?..
Tarix
2020.03.16 / 11:20
|
Müəllif
Mir Şahin
|